Xankəndidə qanunsuz aeroportun açılışı təxirə salındı
APA-nın «Kavkazski Uzel» saytına istinadən verdiyi məlumata görə, bu barədə Dağlıq Qarabağdakı separatçı rejimin liderinin mətbuat katibi David Babayan bildirib.
Qeyd edək ki, Xankəndi aeroportunun mayın 9-da açılacağın bildirilirdi. Hava limanının hazır olduğunu deyən D. Babayan açılışın texniki məsələlərlə əlaqədar təxirə salındığını söyləyib: «Bu, çox mürəkkəb prosesdir. Aeroport tamamilə hazır olmalıdır ki, texniki problemlər yaranmasın. Amma bu il aeroport mütləq açılacaq».
D. Babayan açılışın ləngiməsinin Azərbaycanın tələbləri ilə heç bir bağlılığı olmadığını vurğulayıb.
Xatırladaq ki, Azərbaycan tərəfi uçuşların qeyri-qanuni olduğunu bildirib, bunun qarşısının alınması üçün lazımi addımların atılacağını bəyan edib.

Oxşar yazılar

"Sərxoş olub bizə işgəncə verirdilər" - Arayikgilin MƏHKƏMƏSİ
8 avqust 2025 , 14:14
Paşinyandan SÜLH PAYLAŞIMI
8 avqust 2025 , 11:27
"Zəngəzur Dəhlizi"nin işə düşməsi ilə bağlı ABŞ-la Ermənistan arasında saziş imzalanır
8 avqust 2025 , 11:14
Dünyanın gözü Vaşinqtonda: Liderlər bu saatlarda görüşəcək
8 avqust 2025 , 10:35
Prezidentin ABŞ səfərində bu sənədlər imzalanacaq - SİYAHI
8 avqust 2025 , 02:23
ABŞ-la Azərbaycan Strateji İşçi Qrupu yaradacaq
8 avqust 2025 , 01:08
İlham Əliyev ABŞ Prezidentinin xüsusi elçisi ilə görüşdü - FOTO+VİDEO
8 avqust 2025 , 00:47