Yunanıstan prezidenti İçəri Şəhəri gəzib
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Lent.az-a bildiriblər ki, Şirvanşahlar sarayı meydanı ilə başlanan gəzinti zamanı qonağa saray kompleksi barədə məlumat verilib. Bundan sonra Kiçik Qala küçəsi ilə elektromobillərdə davam edən gəzinti zamanı Papulyas burada yerləşən təndirdə təzə bişmiş çörəyin dadına baxıb.
Yunanıstan prezidentinin qoruğun ərazisində gəzintisi Qoşa Qala Qapıları meydanı ilə davam etdirilib. Buxara karvansarasında olan qonağa karvansarasının orta əsrlərdə Hindistan və Orta Asiya ilə ticarət əlaqələrinin qurulmasındakı rolundan danışılıb.
Gəzinti zamanı prezident həmçinin Sıratağlı dini-memarlıq kompleksinin (“Bazar Meydanı”) ərazisində təşkil olunmuş ekspozisiyanı seyr edib. Daha sonra tanışlıq əzəmətli görünüşü ilə seyrçiləri heyran qoyan Qız Qalasında davam edib.
Papulyas Asəf Zeynallı küçəsində aparılmış abadlaşdırma və restavrasiya işləri, eləcə də burada yerləşən tarixi abidələrlə də tanış olub. Gəzintinin sonunda cənab Karolos Papulyas İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında ürək sözlərini yazıb.

Oxşar yazılar

"Sərxoş olub bizə işgəncə verirdilər" - Arayikgilin MƏHKƏMƏSİ
8 avqust 2025 , 14:14
Paşinyandan SÜLH PAYLAŞIMI
8 avqust 2025 , 11:27
"Zəngəzur Dəhlizi"nin işə düşməsi ilə bağlı ABŞ-la Ermənistan arasında saziş imzalanır
8 avqust 2025 , 11:14
Dünyanın gözü Vaşinqtonda: Liderlər bu saatlarda görüşəcək
8 avqust 2025 , 10:35
Prezidentin ABŞ səfərində bu sənədlər imzalanacaq - SİYAHI
8 avqust 2025 , 02:23
ABŞ-la Azərbaycan Strateji İşçi Qrupu yaradacaq
8 avqust 2025 , 01:08
İlham Əliyev ABŞ Prezidentinin xüsusi elçisi ilə görüşdü - FOTO+VİDEO
8 avqust 2025 , 00:47