Səməd Seyidov: “Alt Komitənin aktiv işləyəcəyinə ümidvarıq”
06 aprel 2011 12:57 (UTC +04:00)

Səməd Seyidov: “Alt Komitənin aktiv işləyəcəyinə ümidvarıq”

Bu barədə APA-ya nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti həmişə olduğu kimi bu sessiyada da müzakirələrdə aktiv iştirak edəcəklər: “Nümayəndə heyətinin bütün üzvləri sessiyaya gedəcəklər. Gündəliyə nəzər salsaq, görərik ki, kifayət qədər maraqlı və vacib məsələlərin müzakirəsi gözlənilir. Azərbaycan nümayəndə heyəti əvvəlki sessiyalarda olduğu kimi, müzakirələrdə, komitələrin və alt komitələrin iclaslarında aktiv iştirak etmək niyyətindədir”.

Səməd Seyidov bu sessiyada Azərbaycanla bağlı müzakirələrin nəzərdə tutulmadığını deyib. Onun sözlərinə görə AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Jozef Debono Qrex iyunda, yaxud da sentyabr-oktyabr aylarında durumu dəyərləndirmək üçün Azərbaycana səfər edəcəklər.

Dağlıq Qarabağ üzrə Alt Komitənin aktivliyi məsələsinə gəldikdə isə Səməd Seyidov bildirib ki, Azərbaycan tərəfi AŞPA-nın alt komitənin fəaliyyətini təsdiqləməsindən razıdır və bu komitənin aktiv fəaliyyət göstərəcəyinə ümid edir: “Ümid edirik ki, bu alt komitə öz işinə aktiv şəkildə başlayacaq. Əgər aktivlik olmasa, iclaslar keçirilməsə, bu erməni tərəfinin alt komitənin iclasında iştirak etməmək arzusundan baş verə bilər. Sessiyada hər şey məlum olacaq və bu sessiyada iştirakda və bu istiqamətdə işi davam etdirməkdə maraqlıyıq”.

Xatırladaq ki, AŞPA-nın yaz sessiyası aprelin 11-15-də Strasburqda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567

Oxşar yazılar