
Əli Əhmədov: “Departamentin hesabatında qərəz aydın görünür”
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib. O bildirib ki, ümumiyyətlə hər hansı dövlətin ayrı-ayrı ölkələrdəki ictimai-siyasi vəziyyətlə əlaqədar hesabat hazırlanmasına onların nə qədər mənəvi-əxlaqi cəhətdən haqqı olub-olmaması məsələsinə də aydınlıq gətirmək lazımdır: “İstənilən ölkəyə zərrəbinlə baxmaq istəsən, bu və ya digər nöqsanları tapmaq mümkündür. O ki qaldı ABŞ Dövlət Departamentinin hesabatının Azərbaycanla bağlı hissəsinə, burada Azərbaycan reallıqları ilə bağlı həqiqətlərin kifayət qədər ciddi şəkildə təhrif edərək təqdim olunmasına rast gəlmək mümkündür. Azərbaycan kifayət qədər sürətlə inkişaf edir, iqtisadiyyat çiçəklənir, insanların rifahı yaxşılaşır. Azərbaycan insan haqlarının qorunması ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri ardıcıl surətdə yerinə yetirir. Hesab edirəm ki, hər hansı dövlətin Azərbaycandakı reallıqları və gerçəklikləri təhrif edərək hesabat hazırlanmasına haqq qazandırmaq mümkün deyil. Burada qərəz də, qeyri-obyektivlik də aydın şəkildə görünməkdədir”.
Oxşar yazılar

Ermənistanın hücumları nəticəsində əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
8 avqust 2025 , 20:27
"İlham Əliyev müharibəni qazandı, indi də sülhü qazanır" - Hikmət Hacıyev
8 avqust 2025 , 18:50
Paşinyan Trampın xüsusi nümayəndəsi ilə görüşdü
8 avqust 2025 , 18:48
İlham Əliyevin Vaşinqton səfəri: Strateji əməkdaşlıqdan dayanıqlı sülhə gedən yol - TƏHLİL
8 avqust 2025 , 18:20
Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq - AĞ EV
8 avqust 2025 , 17:22
"Sərxoş olub bizə işgəncə verirdilər" - Arayikgilin MƏHKƏMƏSİ
8 avqust 2025 , 14:14
"Zəngəzur Dəhlizi"nin işə düşməsi ilə bağlı ABŞ-la Ermənistan arasında saziş imzalanır
8 avqust 2025 , 11:14