“Twitter”də Azərbaycan Prezident Administrasiyasının səhifəsi açıldı
APA-nın məlumatına görə, son illər sosial şəbəkələrdə fiziki şəxslərlə yanaşı, iri transmilli şirkətlər və dünyanın böyük dövlətlərinin hökumət qurumları da qeydiyyatdan keçməyə başlayıb.
Azərbaycan Prezidenti Administrasiyası da sosial şəbəkələrdə aktiv iştirak etməyə başlayıb. Bu gündən www.twitter.com/AzerbaijanPA ünvanında Prezident Administrasiyasının Twitter sosial şəbəkəsində rəsmi səhifəsi açılıb.
Qeyd edək ki, Prezident Administrasiyası Twitter-də öz şəxsi səhifəsini açan ilk dövlət strukturudur. Səhifədə Azərbaycan prezidentinin gündəlik iş qrafiki, Prezident Administrasiyasının fəaliyyəti barədə məlumatlar, Administrasiya rəhbərinin və şöbə müdirlərinin bütün bəyanat və şərhləri öz əksini tapacaq. Səhifədə həmçinin Administrasiyada keçirilən qəbul və görüşlər haqqında məlumatlar yerləşdiriləcək, Prezident Administrasiyasının himayəsi altında keçirilən tədbirlər və reallaşdırılan layihələr işıqlandırılacaq.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin Twitter sosial şəbəkəsində ingilis və Azərbaycan dillərində iki rəsmi səhifəsi fəaliyyət göstərir. (www.twitter.com/azpresident, www.twitter.com/presidentaz).
Administrasiyanın bəzi şöbə müdirləri də sosial şəbəkələrin aktiv istifadəçiləridir.

Oxşar yazılar

Ermənistanın hücumları nəticəsində əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
8 avqust 2025 , 20:27
"İlham Əliyev müharibəni qazandı, indi də sülhü qazanır" - Hikmət Hacıyev
8 avqust 2025 , 18:50
Paşinyan Trampın xüsusi nümayəndəsi ilə görüşdü
8 avqust 2025 , 18:48
İlham Əliyevin Vaşinqton səfəri: Strateji əməkdaşlıqdan dayanıqlı sülhə gedən yol - TƏHLİL
8 avqust 2025 , 18:20
Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq - AĞ EV
8 avqust 2025 , 17:22
"Sərxoş olub bizə işgəncə verirdilər" - Arayikgilin MƏHKƏMƏSİ
8 avqust 2025 , 14:14
"Zəngəzur Dəhlizi"nin işə düşməsi ilə bağlı ABŞ-la Ermənistan arasında saziş imzalanır
8 avqust 2025 , 11:14