Ermənilərin öldürdüyü Fariz Bədəlovla bağlı məsələ Avropa Parlamentində qaldırılacaq
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Fuad Muradov deyib. F. Muradovun sözlərinə görə, Avropa Parlamentində təmsil olunan Milli Məclisin nümayəndə heyəti artıq bu istiqamətdə iş aparır: “Fariz Bədəlovun, ümumiyyətlə cəbhə xəttində öldürülən mülki şəxslərin və ermənilərin atəşkəsi tez-tez pozması ilə bağlı Avropa Parlamentində məsələ qaldırmaq istəyirik. Bu istiqamətdə cəhdlərimiz də var”.
F. Muradov qeyd edib ki, sədri olduğu Azərbaycan Gənclər Təşkilatları Milli Şurası isə Avropa Gənclər Forumunun üzvüdür. Bu istiqamətdə də əhəmiyyətli addımlar atılmaqdadır: “Bu ilin mayında Avropa Gənclər Forumunun iclası olacaq. Biz artıq Fariz Bədəlovun ölümü və sərhəddə ermənilər tərəfindən atəşkəsin pozulması ilə bağlı öz məlumatlarımızı həmin quruma çatdırmışıq. Ümumiyyətlə fəaliyyətimiz ondan ibarətdir ki, beynəlxalq təşkilatlar baş verənlərlə bağlı qəti sözlərini desinlər”.

Oxşar yazılar

Tramp, İlham Əliyev və Paşinyan arasında üçtərəfli görüş keçirilir - CANLI
8 avqust 2025 , 23:56
İlham Əliyevlə Tramp Anlaşma Memorandumu İMZALADI
8 avqust 2025 , 23:51
Tramp-Paşinyan görüşü başa çatdı
8 avqust 2025 , 23:32
Tramp Prezident İlham Əliyevi belə qarşıladı - FOTOLENT + VİDEO
8 avqust 2025 , 23:27
Ağ Ev Prezident İlham Əliyevi qarşılamağa hazırdır - VİDEO
8 avqust 2025 , 23:09
Ağ Evdə tarixi görüş başladı - CANLI
8 avqust 2025 , 23:01
Paşinyan Ağ Evə gəldi: Trampla görüşür
8 avqust 2025 , 22:58