Macarıstan parlamentinə azərbaycanlıların soyqırıma məruz qalması ilə bağlı qərar layihəsi təqdim edilib
APA-nın TRT-yə istinadən etdiyi məlumata görə, layihə parlamentdəki üçüncü böyük partiya olan Daha Yaxşı Macarıstan Uğrunda Hərəkat (Jobbik) tərəfindən təqdim olunub.
Parlamentin Xarici Əlaqələr Komitəsinin sədr müavini Marton Gyöngyösi Ermənistanın 1992-ci ildə Dağlıq Qarabağda başladığı hücumlar nəticəsində Azərbaycan torpaqlarının beşdə birini işğal etdiyini deyib. O bildirib ki, 1992-ci ildə baş verən Xocalı qətliamında çoxu qadın və uşaq olan 613 nəfər öldürülüb. M. Gyöngyösi BMT Təhlükəsizlik Şurasının, ATƏT və NATO-nun Ermənistanın həyata keçirdiyi soyqırımı pislədiyini xatırladıb. Bir milyon qaçqın və məcburi köçkünün problemlərinin hələ də həllini tapmadığını vurğulayan parlamentar qeyd edib ki, beynəlxalq ictimaiyyət bəzi faciələrə diqqət göstərsə də, Azərbaycan xalqının dramına fikir vermir.
Müxalifətdəki Jobbik Partiyasının nümayəndələri də parlamenti Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləməyə çağırıblar.
Qeyd edək ki, Jobbik Partiyası 227 yerlik parlamentdə 47 yerə malikdir

Oxşar yazılar

Tramp, İlham Əliyev və Paşinyan arasında üçtərəfli görüş keçirilir - CANLI
8 avqust 2025 , 23:56
İlham Əliyevlə Tramp Anlaşma Memorandumu İMZALADI
8 avqust 2025 , 23:51
Tramp-Paşinyan görüşü başa çatdı
8 avqust 2025 , 23:32
Tramp Prezident İlham Əliyevi belə qarşıladı - FOTOLENT + VİDEO
8 avqust 2025 , 23:27
Ağ Ev Prezident İlham Əliyevi qarşılamağa hazırdır - VİDEO
8 avqust 2025 , 23:09
Ağ Evdə tarixi görüş başladı - CANLI
8 avqust 2025 , 23:01
Paşinyan Ağ Evə gəldi: Trampla görüşür
8 avqust 2025 , 22:58