Qarsda türk-erməni dostluğu abidəsinin sökülməsinə başlanıb - FOTO
Bu barədə APA-ya Qars Bələdiyyəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Özləm Öztürk məlumat verib. O, hazırlıqlara aprelin 17-dən start verildiyini deyib: “Artıq texniki ölçmələr aparılıb, ayaqaltılar qurulub. Bütün bu işləri tenderin qalibi olmuş özəl şirkət edir. Abidə yaxın günlərdə söküləcək”.
Qeyd edək ki, abidənin sökülməsi ilə bağlı qərarı Qars Bələdiyyəsinin Məclisi bu il fevralın 1-də qəbul edib. “İnsanlıq abidəsi” adlanan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan abidənin tikintisinə 2008-ci ildə başlanılıb. Lakin abidənin tikintisi yekunlaşmayıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə bir müddət əvvəl Qarsa səfəri zamanı bələdiyyə başqanı və digər rəsmilərlə görüşündə deyib ki, tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililər sökülməlidir. O, sözügedən abidənin də eybəcər olduğunu bəyan edib.

Oxşar yazılar

"Siyasi müstəvidə nöqtəni qoyduq" - Prezident
9 avqust 2025 , 01:53
Ermənistan Konstitusiyasında dəyişiklik edəndən sonra Sülh Sazişi istənilən vaxt imzalana bilər - İLHAM ƏLİYEV
9 avqust 2025 , 01:46
907-ci düzəlişin ləğv edilməsi tarixi hadisədir - Azərbaycan Prezidenti -VİDEO
9 avqust 2025 , 01:36
Trampın Azərbaycanla bağlı bilikləri məni təəccübləndirdi - İlham Əliyev
9 avqust 2025 , 01:33
Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi - İlham Əliyev
9 avqust 2025 , 01:24
ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm - Prezident İlham Əliyev
9 avqust 2025 , 01:21
Türkiyə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayır
9 avqust 2025 , 01:15