Həsən Həsənov Polşa Seymində çıxış edib
Aprelin 14-də Polşa Respublikası Seyminin Şərq Tərəfdaşlığı məsələləri üzrə daimi komissiyasında Şərq Tərəfdaşlığı Proqramı ilə bağlı dinləmələr keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verlən məlumata görə, dinləmələrə “twinning” layihəsi çərçivəsində Polşada səfərdə olan Azərbaycan parlamentinin nümayəndə heyəti də qatılıb.
Görüşdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov çıxış edib. Həsən Həsənov Azərbaycanın Avropaya inteqrasiyada maraqlı olduğunu, bu baxımdan Şərq Tərəfdaşlığı Proqramına böyük önəm verdiyini bildirib. O, Azərbaycanda Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Assosiasiya sazişi, Hərtərəfli İnstitusional Quruculuq proqramı, “Euronest” layihəsi və digər istiqamətində görülmüş işlər və hazırkı vəziyyət barədə məlumat verib, enerji sahəsindəki əməkdaşlıqdan danışıb.
Həsən Həsənov Azərbaycanın etibarlı tərəfdaş olmasına, Avropa Birliyi Azərbaycan əməkdaşlığının strateji xarakter daşımasına baxmayaraq, Avropa Birliyinin rəsmiləri tərəfindən ölkəmizin ərazi bütövlüyünə birmənalı və açıq dəstək verilməməsi, Avropa Parlamenti deputatları tərəfindən işğal edilmiş Dağlıq Qarabağa qanunsuz səfərlər edilməsi və bu səfərlərə Avropa Birliyi tərəfindən rəsmi reaksiya verilməməsinin təəssüf doğurduğunu diqqətə çatdırıb. O, Ermənistanın təcavüzkar siyasəti nəticəsində hazırda ölkəmizdə 1 milyonadək qaçqın və məcburi köçkün olduğunu, onların ağır vəziyyətdə yaşamalarına görə Ermənistanın məsuliyyət daşıdığını vurğulayıb. Hazırda ölkəmizin iqtisadiyyatının sürətlə inkişaf etdiyini, qonşu ölkələrlə iqtisadi əlaqələrinin gücləndiyini qeyd edən Həsən Həsənov Azərbaycanla əməkdaşlıqdan Ermənistanın da faydalana bilməsi üçün işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsinin yeganə yol olduğunu xüsusi dilə gətirib.
Sonda Azərbaycan Polşa münasibətlərindən danışan Həsən Həsənov iki ölkə başçılarının Davos Forumu çərçivəsində görüşdüklərini xatırladıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Şərq Tərəfdaşlığı Proqramının 2011-ci ilin sentyabr ayında Varşava şəhərində keçiriləcək növbəti zirvə görüşündə iştirak etmək üçün Polşaya səfər edəcəyini diqqətə çatdıran Həsən Həsənov bu səfərin Azərbaycanın Avropa Birliyinə inteqrasiyasına təkan verəcəyini və Azərbaycan Polşa münasibətlərini daha yüksək səviyyəyə qaldıracağını söyləyib.

Oxşar yazılar

Mehriban Əliyeva Vaşinqton görüşü ilə bağlı paylaşım etdi
9 avqust 2025 , 05:49
"Siyasi müstəvidə nöqtəni qoyduq" - Prezident
9 avqust 2025 , 01:53
Ermənistan Konstitusiyasında dəyişiklik edəndən sonra Sülh Sazişi istənilən vaxt imzalana bilər - İLHAM ƏLİYEV
9 avqust 2025 , 01:46
907-ci düzəlişin ləğv edilməsi tarixi hadisədir - Azərbaycan Prezidenti -VİDEO
9 avqust 2025 , 01:36
Trampın Azərbaycanla bağlı bilikləri məni təəccübləndirdi - İlham Əliyev
9 avqust 2025 , 01:33
Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi - İlham Əliyev
9 avqust 2025 , 01:24
ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm - Prezident İlham Əliyev
9 avqust 2025 , 01:21