Əli Əhmədov: “Radikal müxalifət partiyalarının birləşməsi boş söhbət olaraq qalacaq”
Amma bu illər ərzində onların birləşməsi mümkün olmayıb. Onların iddialı olmaları həmin partiyaların bir araya gəlməsini kifayət qədər çətinləşdirir”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov verib. O bildirib ki, bu istiqamətdə səylər müxalifət adı altında Azərbaycanda müxtəlif siyasi ideologiyalara, prinsiplərə istinad edən partiyalar və qruplar fəaliyyət göstərir. Ona görə də onların birliyinin yaradılması mümkünsüzdür: “Radikal müxalifət partiyaları nə qədər səs-küylü bəyanatlar vermələrinə baxmayaraq, müxalifət partiyalarının birləşməsi bu günə qədər boş söz-söhbət olduğu kimi, bundan sonra da boş söhbət olaraq qalacaq”.
Ə. Əhmədov Müsavat Partiyasının başqanı İsa Qəmbərin Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ünvanladığı müraciətlə bağlı məsələyə də münasibət bildirib: “Müxalifət Azərbaycanın reallıqlarından çıxış etməyərək, haradasa baş verən proseslərdən ruhlanır. Baxmayaraq ki, həmin proseslərin Azərbaycana aidiyyəti yoxdur. Öz aləmlərində ölkənin ideologiyasını müəyyənləşdirib, Azərbaycanı qarışdırmaq qərarına gəliblər. Cəmiyyət mitinqçilik əhval-ruhiyyəsini qəbul etmək istəmir. Azərbaycan müxalifətinin ictimai-siyasi dəstəyə malik olmadığını açıq şəkildə söyləmək mümkündür. İlk növbədə bu müxalifət üçün dərk edilməli olan gerçəklikdir. Nədənsə müxalifət bunu qəbul etmir. İsa Qəmbər isə kiminləsə danışmaq fikrinə düşə bilər. Lakin İsa Qəmbər dərk etməlidir ki, onun danışmaq istədiyi adamlar da onunla danışmaq istəyirmi? İsa Qəmbər uzaqbaşı aksiya keçirilməsi ilə bağlı paytaxtın icra hakimiyyətindən yer xahiş edə bilər”.

Oxşar yazılar

İrandan Vaşinqton görüşünə İLK REAKSİYA
9 avqust 2025 , 10:51
Tramp Ağ Evin qızıl açarını İlham Əliyevə bağışladı
9 avqust 2025 , 09:03
Mehriban Əliyeva Vaşinqton görüşü ilə bağlı paylaşım etdi
9 avqust 2025 , 05:49
"Siyasi müstəvidə nöqtəni qoyduq" - Prezident
9 avqust 2025 , 01:53
Ermənistan Konstitusiyasında dəyişiklik edəndən sonra Sülh Sazişi istənilən vaxt imzalana bilər - İLHAM ƏLİYEV
9 avqust 2025 , 01:46
907-ci düzəlişin ləğv edilməsi tarixi hadisədir - Azərbaycan Prezidenti -VİDEO
9 avqust 2025 , 01:36
Trampın Azərbaycanla bağlı bilikləri məni təəccübləndirdi - İlham Əliyev
9 avqust 2025 , 01:33