Dövlət-din münasibətlərini tənzimləyən sənədlər toplusu nəşr edilib - FOTO
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müvafiq dövlət orqanlarının, dini qurumların, habelə bu sahəyə aidiyyəti olan fiziki və hüquqi şəxslərin Respublikamızdakı müvafiq qanunvericilik bazası ilə məlumatlandırılması, uyğun maarifləndirmə işinin gücləndirilməsi məqsədilə “Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər” adlı qanunvericilik toplusunu hazırlayıb nəşr etdirib.
Komitədən Lent.az-a verilən məlumata görə, müvafiq qanunvericiliyə aid bütün zəruri hüquq aktlarının və onlara edilmiş əlavələr və dəyişikliklərin öz əksini tapdığı kitab mütəxəssislər üçün vacib sənədlər toplusu olmaqla yanaşı, həm də sorğu-məlumat xarakteri daşıyır. Azərbaycan Respublikasının mülki, cinayət, inzibati xətalar, ailə və vergi Məcəllələri üzrə müvafiq hissələrinin də yer aldığı topluya dini təsisatların dövlət qeydiyyatına alınması məsələlərinə aid sənəd nümunələrinin daxil edilməsi həmin qurumlar üçün metodiki göstəriş xarakteri daşıyır.
Kitabdan istifadənin asanlaşdırılması məqsədilə normativ aktlar və sənədlər hüquqi bağlılıq üzrə tərtib olunub.
Toplu hüquqşünaslar, müvafiq dövlət orqanlarının əməkdaşları, dini qurumların üzvləri, dindarlar, habelə din sahəsində fəaliyyət göstərən digər fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulub.

Oxşar yazılar

“Vaşinqton görüşü sadəcə diplomatik müzakirə deyil” - Amerikalı ekspert
9 avqust 2025 , 14:41
İlham Əliyev tarixi görüşdən sonra yerli mediaya müsahibə verdi - VİDEO -YENİLƏNİB
9 avqust 2025 , 13:50
Ağ Evdən YENİ PAYLAŞIM
9 avqust 2025 , 11:55
İrandan Vaşinqton görüşünə İLK REAKSİYA
9 avqust 2025 , 10:51
Tramp Ağ Evin qızıl açarını İlham Əliyevə bağışladı
9 avqust 2025 , 09:03
Mehriban Əliyeva Vaşinqton görüşü ilə bağlı paylaşım etdi
9 avqust 2025 , 05:49
"Siyasi müstəvidə nöqtəni qoyduq" - Prezident
9 avqust 2025 , 01:53