Elmar Məmmədyarov ABŞ konqresmenlərini qəbul edib
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə konqresmenlər Azərbaycanla ABŞ arasında aparılan əməkdaşlıqdan məmnunluq ifadə ediblər. Onlar ölkəmizin ABŞ-ın müttəfiqi kimi mühüm rolunu vurğulayıblar. Bununla yanaşı, Azərbaycanın beynəlxalq terrorizmlə mübarizəyə verdiyi töhfə və dəstək, ölkəmizin qlobal enerji təhlükəsizliyində artan rolu, regional və qlobal sabitliyin təmin olunmasında iştirakı yüksək qiymətləndirilib.
Nazir ABŞ Konqresində Ermənistan - Azərbaycan münaqişəsi barədə dolğun və dəqiq məlumatların yayılmasının əhəmiyyətini vurğulayıb. E.Məmmədyarov Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü əsasında həllinin, regionda sülh və sabitliyin təmin olunması üçün işğalçı qüvvələrin Azərbaycanın ərazilərindən çıxarılmasının, Azərbaycanın ərazi bütövlüyünün bərpasının və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının vacibliyini qeyd edib.
Görüş zamanı nazir Azərbaycanda və regionda cərəyan edən proseslər barədə məlumat verib, Cənubi Qafqaz regionun inkişafında və regional əməkdaşlığın genişləndirilməsində Azərbaycanın rolunu qeyd edib. Qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Oxşar yazılar

“Vaşinqton görüşü sadəcə diplomatik müzakirə deyil” - Amerikalı ekspert
9 avqust 2025 , 14:41
İlham Əliyev tarixi görüşdən sonra yerli mediaya müsahibə verdi - VİDEO -YENİLƏNİB
9 avqust 2025 , 13:50
Ağ Evdən YENİ PAYLAŞIM
9 avqust 2025 , 11:55
İrandan Vaşinqton görüşünə İLK REAKSİYA
9 avqust 2025 , 10:51
Tramp Ağ Evin qızıl açarını İlham Əliyevə bağışladı
9 avqust 2025 , 09:03
Mehriban Əliyeva Vaşinqton görüşü ilə bağlı paylaşım etdi
9 avqust 2025 , 05:49
"Siyasi müstəvidə nöqtəni qoyduq" - Prezident
9 avqust 2025 , 01:53