Elmar Məmmədyarov AB-nin enerji məsələləri üzrə komissarını qəbul edib
İyunun 6-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Öttingeri qəbul edib.
XİN-in mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, görüş zamanı tərəflər Azərbaycanla Avropa Birliyi arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin regional enerji layihələri ətrafında fikir mübadiləsi aparıblar.
E.Məmmədyarov Azərbaycanın enerji layihələrinin dünya bazarlarını əlavə enerji ehtiyatları ilə təchiz etməyə yönəldiyini və enerji daşıyıcılarının çatdırılmasında diversifikasiyaya üstünlük verdiyini vurğulayıb. Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozonun Azərbaycan Respublikasına cari ilin yanvar ayında səfəri zamanı tərəflər arasında enerji sahəsinə aid imzalanmış sənədi xatırlayan E.Məmmədyarov, onun əhəmiyyətini xüsusi qeyd edib.
G.Öttinger Azərbaycanın AB-nin enerji təminatında mühüm rol oynadığını bildirib və bu sahədə əməkdaşlığın daha intensiv şəkildə davam etdirilməsi vacibliyini söyləyib.
Görüşdə qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar yazılar

Paşinyandan mühüm AÇIQLAMA: "Konstitusiyaya dəyişiklik mümkündür"
21 avqust 2025 , 13:11Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11
Paşinyandan öz xalqına MÜRACİƏT: "Azərbaycanla birlikdə olacaq"
18 avqust 2025 , 18:50
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
18 avqust 2025 , 15:11