Azərbaycandan İrana  milyonlarla pul   göndərilir - Deputatdan ŞOK AÇIQLAMA
01 fevral 2023 12:19 (UTC +04:00)

Azərbaycandan İrana milyonlarla pul göndərilir - Deputatdan ŞOK AÇIQLAMA

“Soydaşlarımız haqqında” qanunun qəbulu vacibdir”.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında deputat Fazil Mustafa bildirib.

Fazil Mustafa deyib ki, Azərbaycanda milyonlarla manat vəsait xüms adı ilə yığılaraq İrana göndərilir: “Bu, terrorizmin maliyyələşdirilməsidir. Dini ziyarətlər tam dövlətin nəzarətində olmalı, müəyyən yerlərə ziyarət edənlər də riskli qrup kimi nəzərə alınmalıdır. Digər tərəfdən, meyxanaçılar arasında, yas yerlərində yaradılmış xüsusi qruplar var, bunlar da nəzarətə götürülməlidir”.

# 2697
avatar

Oxşar yazılar