Azərbaycanla Ermənistan arasında sülh artıq baş tutub - Ceyhun Bayramov
22 oktyabr 2025 13:19 (UTC +04:00)

Azərbaycanla Ermənistan arasında sülh artıq baş tutub - Ceyhun Bayramov

0

“Bu gün Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verildi”.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahna ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, sülh sazişinin paraflanması və Minsk Qrupunun ləğvinə dair birgə müraciətin əhəmiyyəti qeyd edilib: “8 avqustdan sonra prosesin müsbət nəticələrini görməkdəyik. Prezidentin Vaşinqtonda qeyd etdiyi kimi, bizim üçün sülh artıq baş tutub. Baş verənlər məhz onun təsdiqidir. Minsk Qrupunun dekabrın 1-ə kimi tam ləğvi baş tutacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 406

Oxşar yazılar