Qurban Pirimov  KİMDİR? - Tanınmış tarzənin nəvəsi
22 oktyabr 2025 14:28 (UTC +04:00)

Qurban Pirimov KİMDİR? - Tanınmış tarzənin nəvəsi

0

Qurban Pirimov Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsini icra edəcək.

Lent.az “Bioqrafiya” rubrikasında Qurban Pirimov haqqında məlumat verir.

- Qurban Pirimov kimdir?

Qurban Pirimov Azərbaycan Respublikası Kino Agentliyinin direktor müavini və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktor vəzifəsini icra edən şəxsdir.

- O, “Azərbaycanfilm” kinostudiyasında hansı tarixdən rəhbərlik edir?

Mədəniyyət nazirinin 22 oktyabr 2025-ci il tarixli əmri ilə studiyada direktorun səlahiyyətlərini icra edir.

- Dövlət qurumunda vəzifəyə nə vaxt təyin olunub?

2024-cü ilin iyul ayında Azərbaycan Respublikası Kino Agentliyinə direktor müavini təyin edilib.

- Onun ailə kökü mədəniyyət sahəsi ilə əlaqəlidirmi?

Bəli. O, Azərbaycanın ilk Xalq artisti, görkəmli tarzən Qurban Baxşəli oğlu Pirimovun nəvəsidir.

- Qurban Pirimov harada təhsil alıb?

Bakalavr təhsilini Bakı Dövlət Universitetində alıb. Daha sonra İspaniyada yerləşən EU Business School-da təhsilini davam etdirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 520

Oxşar yazılar