Kifin qarşısını almaq üçün pəncərələri  nə vaxt açmaq lazımdır?
22 oktyabr 2025 10:29 (UTC +04:00)

Kifin qarşısını almaq üçün pəncərələri nə vaxt açmaq lazımdır?

0

Soyuq havaların gəlməsi ilə kondensat (buxarın su damcılarına çevrilməsi) ciddi problemə çevrilə bilər. Lakin onun qarşısını almaq üçün pəncərələri düzgün vaxtda açmaq çox vacibdir.

Lent.az bu düzgün zamanı təqdim edir:

Payız və qış aylarında, havalar soyusa da, pəncərələri açmaq zəruridir. Bu, yalnız təmiz havanın evdə dövranını təmin etmir, həm də kondensatın və kifin (göbələyin) yaranmasının qarşısını alır. Çoxları soyuqdan qorxaraq pəncərələri bağlı saxlayır, amma mütəxəssislər xəbərdarlıq edirlər ki, bu vərdiş evin havasını ağırlaşdırır və divarlarda nəmin toplanmasına gətirib çıxarır.

Pəncərəni nə vaxt açmaq lazımdır

Kondensatın yaranmaması üçün havalandırmanın ən uyğun vaxtı səhər və axşamdır. Soyuq havalarda belə pəncərələri qısa müddətə 5-15 dəqiqə ərzində, gündə iki dəfə açmaq kifayətdir. Yemək bişirərkən pəncərəni açın və ya aspiratoru (çəkici) işə salın ki, buxar bayıra çıxsın.

Qazanların qapağını bağlı saxlayın bu, buxarın miqdarını azaldır. Vanna və ya duş qəbul etdikdən sonra pəncərəni açın və ya ventilyasiyanı yandırın, qapını isə bağlayın ki, rütubətli hava evin digər hissələrinə yayılmasın. Vannanı doldurarkən əvvəlcə soyuq, sonra isti suyu açın bu, buxarın yaranmasını 90 faiz azaldır".

Nə qədər müddət kifayətdir

Jurnalistlər vurğulayırlar ki, qışda donmaqdan qorxmağa dəyməz pəncərələri uzun müddət açmaq lazım deyil. Əslində, gündə iki dəfə qısa havalandırma kifayətdir. Əsas odur ki, pəncərəni yemək bişirərkən və ya duş qəbul etdikdən sonra açmaq vərdişinə əməl edəsiniz. Bu sadə qayda evdə artıq rütubətin və kifin yaranmasının qarşısını alır, xüsusən də temperatur aşağı düşəndə.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar