Bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla görüşü keçiriləcək.
Lent.az xəbər verir ki, ilk olaraq Trampın Bakı vaxtı ilə 22:30-da N.Paşinyanla, 23:20-də isə Prezident İlham Əliyevlə görüş keçirəcəyi planlaşdırılır.
Gecə yarısı isə üç lider birgə bəyanat verəcək.