Hərbi qələbədən hüquqi ədalətə:  Müharibə cinayətkarları cəzalanmalıdır
04 fevral 2026 13:38 (UTC +04:00)

Hərbi qələbədən hüquqi ədalətə: Müharibə cinayətkarları cəzalanmalıdır

0

Azərbaycanın müasir tarixi ədalətin bərpası və milli iradənin təntənəsi ilə səciyyələnən mühüm mərhələdən keçir. Uzun illər davam edən işğal siyasətinə son qoyulması, ölkənin ərazi bütövlüyünün və tam suverenliyinin təmin edilməsi təkcə hərbi və siyasi uğur deyil, eyni zamanda tarixi ədalətin bərpası kimi qiymətləndirilir. Bu proses Azərbaycan xalqının hüquqlarının tanınması və beynəlxalq ədalət prinsipinin reallaşması baxımından xüsusi əhəmiyyət daşıyır.

Vədindən dönməyən lider

İlham Əliyev Zəfər Günü ilə bağlı paylaşım etdi - Foto - Azərbaycanın xəbər  saytı

Bu taleyüklü mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qətiyyətli mövqeyi və prinsipial siyasəti ilə ön plana çıxdı. Dövlət başçısı hələ müharibədən əvvəl açıq şəkildə bəyan etmişdi ki, Xocalı soyqırımı da daxil olmaqla xalqımıza qarşı törədilmiş insanlıq əleyhinə və müharibə cinayətlərinə görə məsuliyyət daşıyan şəxslər gec-tez ədalət mühakiməsi qarşısında cavab verəcəklər. O vurğulamışdı ki, günahsız qurbanların qanı yerdə qalmayacaq və ədalət mütləq təmin olunacaq.

Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq,” - deyə Prezident İlham Əliyev Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşündə iştirak zamanı bildirmişdi.

Tarixi ədalətin bərpası

İlham Əliyev Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb »  Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bu gün verilmiş vədlərin reallaşması Azərbaycan dövlətinin gücünü və ədalət prinsipinə sadiqliyini aydın şəkildə ortaya qoyur. Xalqın etimadı ilə siyasi iradənin vəhdəti ölkənin müasir tarixində həlledici rol oynadı və tarixi ədalətin bərpasına zəmin yaratdı. İlham Əliyev rəhbərliyi ilə Azərbaycan bütün təzyiqlərə baxmayaraq, ərazi bütövlüyünü öz gücü hesabına təmin etdi. Prezidentin Xocalıda Dövlət Bayrağını ucaltması bu yolun mənəvi zirvəsi oldu. Dövlət başçısının qeyd etdiyi kimi, bu hadisə Xocalı qurbanlarının qanının yerdə qalmadığını və Zəfərin məntiqi sonluğunu təsdiqlədi.

Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi”, - deyə Prezident İlham Əliyev 2024-cü ilin yanvarında yerli telekanallara müsahibəsində vurğulamışdı.

Nəticəsiz qalan xarici təzyiqlər

Azərbaycan müharibəni zəfərlə bitirəndən sonra 30 il ərzində ərazilərinin işğalı, müharibə cinayətləri, soyqırımı və digər qeyri-insani əməllər törətmiş caniləri ədalət məhkəməsi qarşına çıxardı. Bu məhkəmə prosesi ilə əlaqədar Azərbaycana qarşı xaricdən güclü və əsassız siyasi təzyiqlər başladı, lakin bu amil dövlətin prinsipial mövqeyinə heç bir təsir göstərmədi. Bu məsələ bir daha sübut edir ki, Azərbaycan üçün ədalət və hüquq siyasi maraqlardan və kənar təsirlərdən üstündür. İlham Əliyevin qəti iradəsi nəticəsində insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi ardıcıl və prinsipial şəkildə həyata keçirilir.

Müharibə və münaqişələrin yalnız hərbi və ya siyasi baxımdan başa çatması kifayət hesab olunmur. Əgər mülki əhalinin qətliamında və kütləvi zorakılıqlarda iştirak etmiş cinayətkarlar məsuliyyətdən kənarda qalırsa, bu cür münaqişələr mahiyyət etibarilə natamam həll edilmiş sayılır. Təəssüf ki, beynəlxalq praktikada bu cür nümunələr az deyil və bir çox hallarda müharibə cinayətkarları illərlə cəzasız qalır.

Müharibə və münaqişələrin yalnız hərbi və ya siyasi mərhələsinin başa çatması onların ədalətli və tam həlli anlamına gəlmir. Beynəlxalq praktikada bunun çoxsaylı nümunələri var və şübhəsizdir ki, müharibə cinayətkarlarının uzun illər cəzasız qalması ədalət anlayışını ciddi şəkildə zədələyir.

Ədalət müharibədən illər sonra da bərpa olunur

Tarix göstərir ki, bəzi dövlətlər bu məsələdə prinsipial mövqe tutmağa çalışıb. İsrail bunun ən çox istinad edilən nümunələrindəndir. İkinci Dünya müharibəsindən sonra milyonlarla yəhudinin məhvində iştirak etmiş nasist rejiminin əsas simalarından olan Adolf Eyxman 1960-cı ildə Argentinanın Buenos Aires şəhərində tapılaraq İsrailə gətirildi. O, 1961-ci ildə Qüdsdə açıq məhkəmədə mühakimə olundu və 1962-ci ildə edam edildi. Bu hadisə göstərdi ki, ağır cinayətlər zamanın keçməsi ilə unudulmur. Lakin eyni dövrdə Osvençim düşərgəsində cinayətlər törətmiş Josef Mengele kimi şəxslər illərlə Latın Amerikasında gizlənərək 1979-cu ildə Braziliyada cəzasız şəkildə öldü. Bu fakt belə cinayətlərin hamısının ədalət qarşısında cavab vermədiyini də sübut edir.

BBC World Service - Witness History, Eichmann in Argentina

Oxşar mənzərə keçmiş Yuqoslaviya ərazisində baş vermiş münaqişələrdən sonra da müşahidə olundu. 1990-cı illərin müharibələrindən sonra Haaqada yaradılmış beynəlxalq tribunal nəticəsində Slobodan Miloşeviç 2001-ci ildə Belqraddan Haaqaya ekstradisiya edildi, Ratko Mladiç isə 2011-ci ildə Serbiyada saxlanılaraq sonradan ömürlük həbs cəzası aldı. Bununla belə, törədilmiş bütün cinayətlərin icraçıları məhkəmə qarşısına çıxarılmadı.

21 years since the extradition of former dictator Slobodan Milosevic to The  Hague – Indeksonline.net

Bu təcrübələr sübut edir ki, münaqişələrin həqiqi və ədalətli həlli yalnız siyasi razılaşmalarla deyil, cinayətkarların real hüquqi məsuliyyəti ilə mümkündür.

Məhkəmədə etiraf: Qondarma “ordu” İrəvandan idarə olunub

Azərbaycanın seçdiyi yol isə fərqlidir və bu yanaşmanın mərkəzində yalnız ərazi bütövlüyünün bərpası deyil, eyni zamanda ədalətin təmin edilməsi dayanır. Cinayətin cəzasız qalmaması prinsipi Azərbaycanın münaqişəyə baxışının əsasını təşkil edir və bu model beynəlxalq humanitar hüququn fundamental tələbləri ilə tam uzlaşır. Məhz bu yanaşma sayəsində müharibə və insanlıq əleyhinə cinayətlərin hüquqi müstəvidə araşdırılması mümkün oldu.

Açıq və şəffaf keçirilən məhkəmə prosesi zamanı təqdim olunan faktiki sübutlar, arxiv materialları, zərərçəkmiş şəxslərin ifadələri və təqsirləndirilənlərin etirafları Ermənistan dövlətinin işğal siyasətində birbaşa rolunu üzə çıxardı. Məhkəmədə dindirilən Lyova Mnatsakanyan açıq şəkildə bildirdi ki, tarixdə qalmış qondarma rejimin silahlı qüvvələri müstəqil struktur olmayıb, faktiki olaraq Ermənistan ordusunun ən iri hərbi birləşmələrindən biri kimi fəaliyyət göstərib.

O etiraf etdi ki, qondarma rejimin “ordusunda” yüksək vəzifələrə təyinatlar İrəvanda təsdiqlənir, silah-sursat, maliyyə və canlı qüvvə ilə təminat isə Ermənistan ordusunun daxili strukturları vasitəsilə həyata keçirilirdi.

Lyova Mnatsakanyan: "Hər il Ermənistandan 7-8 min çağırışçı Azərbaycan  ərazilərinə göndərilirdi" - Oxu.az

Qondarma rejimin “ordusu”nda yüksək vəzifələrə təyinatlarla bağlı qərarlar Ermənistanda verilib. Polkovnik-leytenant və daha yuxarı rütbələr üzrə vəzifələrin təyinatını Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, müdafiə naziri və prezidenti edib. Mən isə “ordu”nun “komandiri” kimi mayor daxil olmaqla, ondan aşağı vəzifələri təyin edə, mayora qədər rütbə verə bilərdim. Qondarma rejimin “ordusu”nun maliyyə məsələləri Ermənistanın Müdafiə Nazirliyi tərəfindən, silah-sursat isə tam olaraq Ermənistan silahlı qüvvələri tərəfindən təmin olunurdu. Bizdə təchizat xidməti var idi. Təchizat xidməti qəbul edirdi, sonra hər bölməyə təqdim olunurdu. Yəni, silah-sursat təminatı Ermənistanın Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi”, deyə təqsirləndirilən Lyova Mnatsakanyan 2025-ci il martın 17-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində deyib.

Bako Saakyanın etirafı

Bako Saakyandan məhkəmədə etiraf: döyüşlərdə iştirak edib - Globalinfo.az

Məhkəmə prosesində qondarma rejimin rəhbərlərindən olmuş Bako Saakyan isə Şuşanın işğalında bilavasitə iştirak etməsini etiraf edib. 2025-ci il aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal etməsi zamanı əməliyyatda iştirak etdiyini təsdiqləyib. O, dövlət ittihamçılarının suallarını cavablandırarkən Vilen Mikaeliyanın rəhbərlik etdiyi dəstənin Şuşanın işğalında iştirak etdiyini, özünün də həmin dəstədə olduğunu bildirib və əlavə edib: “Bu, şərq istiqaməti idi. Mən bilirəm ki, həmin istiqamətin komandiri Arkadi Karapetyan idi”.

Məhkəmə prosesində bir daha təsdiqləndi ki, Ermənistan işğalçılıq siyasətini beynəlxalq ictimaiyyətdən gizlətmək məqsədilə qondarma rejim yaradıb. Həmin rejimin rəhbər şəxsləri isə bu siyasətin Qarabağda əsas icraçıları kimi çıxış ediblər.

Məhkəmə prosesində verilən ifadələr, ortaya qoyulan faktlar bir daha təsdiqlədi ki, Ermənistan hakimiyyəti Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərdə birbaşa rol oynayıb, bununla Ermənistan dövlətinin məsuliyyət daşıdığı da öz təsdiqini tapdı.

30 illik işğal dövründə Ermənistan Azərbaycan ərazisində yaratdığı qondarma qurumun arxasında gizlənərək, ağır cinayətlər, soyqırımı, qətliamlar, deportasiya, təbiətə, mili-mədəni, dini abidələrə qarşı vandalizm aktları törədib. Buna görə dövlət olaraq Ermənistan və onun işğalçı silahlı qüvvələri məsuliyyət daşıyır. Bu məsuliyyət daim onun boynunda olacaq.

Azərbaycanın prinsipial yolu

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

Bütün bu faktlar bir daha göstərir ki, Azərbaycan münaqişənin nəticələrini yalnız hərbi qələbə ilə məhdudlaşdırmayan, onu hüquqi və mənəvi müstəvidə tamamlayan nadir dövlətlərdəndir. Burada əsas məqsəd keçmişlə hesablaşmaq deyil, gələcək üçün ədalətli və dayanıqlı əsaslar formalaşdırmaqdır. Cinayətlərin adının açıq şəkildə çəkilməsi, icraçıların və sifarişçilərin hüquqi müstəvidə ifşa olunması təkcə Azərbaycan cəmiyyəti üçün deyil, bütövlükdə beynəlxalq hüquq sistemi üçün mühüm presedent yaradır.

Bu yanaşma sübut edir ki, ədalət siyasi konyukturanın, ikili standartların və ya zaman amilinin qurbanı olmamalıdır. İlham Əliyevin rəhbərliyi ilə seçilən yol onu göstərdi ki, dövlət öz vətəndaşlarının hüquqlarını qorumaq iradəsinə malikdirsə, ən mürəkkəb beynəlxalq təzyiqlər belə bu iradəni sarsıda bilmir. Azərbaycanın təcrübəsi göstərir ki, müharibədən sonrakı mərhələdə sülhün möhkəmliyi məhz ədalətin təmin olunmasından keçir.

Təbii ki, müharibə cinayətlərində iştirak etmiş şəxslər ədalət məhkəməsində öz layiqli cəzalarını alacaqlar. Çünki hər kəs əməlinə görə tarix və qanun qarşısında cavab verməlidir. Uzun illər ərzində bu qədər ağır cinayət törətmiş şəxslər layiqli cəzalarını almasaydı, Azərbaycanın müharibə meydanında qazandığı zəfər yarımçıq olardı. Çünki ədalətin zəfər çalması müharibədəki qələbə qədər dəyərlidir.

Bu gün Azərbaycan yalnız öz tarixi ədalətini bərpa etmir, eyni zamanda münaqişələrin həlli üçün yeni və daha dürüst bir model ortaya qoyur. Bu modelin mahiyyəti sadədir: cinayət cəzasız qalmamalı, həqiqət gizlədilməməli, ədalət isə gec də olsa, mütləq yerini tapmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar