İlqar Məmmədov  hansı dairədən   namizəd olacaq? - ÖZÜ AÇIQLADI
13 may 2024 09:18 (UTC +04:00)

İlqar Məmmədov hansı dairədən namizəd olacaq? - ÖZÜ AÇIQLADI

"Dünən bir neçə xəbər saytı “qırğın” anonsu verərək, guya Bakının Xətai rayonundan Milli Məclisə namizəd olacağımı yazıb.

Keçən dəfə orda İqbal Ağazadə - Rauf Arifoğlu yarışı heç-heçə ilə bitdi: dairənin nəticəsi ləğv olundu, yenisi keçirilmədi. Onların eyni yarışa yenidən girəcəyi yazılır".

Lent.az-ın məlumatına görə, bunu REAL partiyasının sədri İlqar Məmmədov sosial şəbəkədə yazıb.

İlqar Məmmədov qeyd edib ki,  ötən ilin noyabrından başlayaraq sorğular keçirib və müxtəlif dairələrlə bağlı sosial şəbəkədəki izləyicilərindən təkliflər alıb.

"REAL Siyasi Komitəsi belə tövsiyə elədi ki, 22 saylı Nəsimi-Yasamal dairəsi resurslarımızın idarə olunması baxımından ən düzgün variantdır. Bu haqda elanı hələ aprelin 4-də yaymışdıq. Yekun qərarı da yəqin ki, o cür olacaq. Partiyamızda Nizamnaməyə əsasən son qərarı Siyasi Komitə verir. Odur ki, 22 saylı Nəsimi-Yasamal seçki dairəsi üzrə namizəd olmağımın ehtimalı ən yüksəkdir".

Qeyd edək ki, həmin dairəni hazırda parlamentdə deputat Asim Mollazadə təmsil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3513
avatar

Oxşar yazılar