İrandakı səfirliyimizin əməkdaşları və ailə üzvləri Azərbaycana gətirilib
16 iyun 2025 12:55 (UTC +04:00)

İrandakı səfirliyimizin əməkdaşları və ailə üzvləri Azərbaycana gətirilib

İrandakı səfirliyimiz və Təbriz şəhərindəki Baş Konsulluğumuz, habelə İsraildəki səfirliyimiz Azərbaycan vətəndaşları tərəfindən qaynar xəttlərə daxil olan müraciətləri müvafiq olaraq nəzərdən keçirir və zəruri tədbirlər görür.

Lent.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

O bildirib ki, bununla əlaqədar, ilkin olaraq İrandakı səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhəddindən keçidi təmin olunub.

Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 610

Oxşar yazılar