İsrail Ayətullah Əli Xamneyini öldürməyi planlaşdırırmı?  Yeni TƏFƏRRÜATLAR
16 iyun 2025 11:04 (UTC +04:00)

İsrail Ayətullah Əli Xamneyini öldürməyi planlaşdırırmı? Yeni TƏFƏRRÜATLAR

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın İranın ali dini lideri Ayətullah Xameneinin öldürülməsini qadağan etməsi ilə bağlı mətbuatda yayılan xəbəri təkzib edib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, İsrail lideri Trampın qadağası ilə bağlı sualı cavablandırarkən deyib: “Heç vaxt baş tutmayan söhbətlərlə bağlı o qədər yalan məlumatlar var ki, mən buna girmək fikrində deyiləm”.

O əlavə edib ki, İsrail nə etməli olduğunu edir və Vaşinqton ABŞ üçün nəyin yaxşı olduğunu bilir.

Benyamin Netanyahu da müsahibəsində İsrailin İrana zərbələrinin ölkədə hakimiyyət dəyişikliyinə səbəb ola biləcəyini təklif edib. O, həmçinin qeyd edib ki, hücumlar İranı nüvə potensialından “məhrum edəndə” dayanacaq.

“The Times of Israel” qəzetinin yazdığına görə, İsrailin milli təhlükəsizlik müşaviri Tsahi Haneqbi də Trampın qadağası ilə bağlı xəbərləri təkzib edərək, bunu “ən yüksək səviyyəli saxta xəbər” adlandırıb.

Bundan əvvəl baş nazir Benyamin Netanyahu bildirib ki, İsrail Tehrana zərbələr endirərkən İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat rəhbəri, briqada generalı Məhəmməd Kazemi və onun müavini general Həsən Mohəqiqi öldürülüb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın İranın ali dini lideri Ayətullah Xameneinin öldürülməsini qadağan etməsi ilə bağlı məlumatı “Reuters” agentliyi öz mənbələrini istinadən yayıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566

Oxşar yazılar