İsrail Xameneini münaqişə zamanı niyə məhv etmədi?  - CAVAB
27 iyun 2025 14:11 (UTC +04:00)

İsrail Xameneini münaqişə zamanı niyə məhv etmədi? - CAVAB

İsraillə İran arasında 12 günlük münaqişə zamanı Təl-Əvivin İranın ali dini lideri ayətullah Əli Xamneini aradan götürmək imkanı yox idi.
    
Lent.az bildirir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katsın açıqlamasına istinadən CNN məlumat yayıb.

"Əgər Xamenei bizim baxış sahəmizdə olsaydı, onu məhv edərdik", - Kata deyib. 

O, “Yüksələn şir” əməliyyatı zamanı belə bir ehtimalın olmadığını, lakin bu ortaya çıxsaydı, İsrailin “onu məhv edəcəyini” qeyd edib.

Xatırladaq ki, İranın ali lideri “Amerikaya yumruq vurduğunu” və İsraili “məğlub etdiyini” deyib. Eyni zamanda İran ABŞ-ın öz nüvə obyektlərinə hücumunun real nəticələrini açıqlayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762

Oxşar yazılar