Kadırov övladları arasında  varis seçir – İDDİA
05 may 2025 19:59 (UTC +04:00)

Kadırov övladları arasında varis seçir – İDDİA

Çeçenistanın rəhbəri Ramzan Kadırov öz övladları arasında varisi axtarır - əsas namizədlər onun qızı Ayşat və oğlu Adamdır.

Lent.az bildirir ki, bu barədə “Novaya qazeta” Avropa mənbələrinə istinadən yazır. 

Nəşrin məlumatına görə, səhhətinin pisləşməsi fonunda Çeçenistan rəhbəri istefasından sonra ailənin nüfuzunu saxlamağa çalışır.

Ən çox şansı olan 17 yaşlı Adamdir ki, onu artıq respublikada “Ramzanın gənc surəti” adlandırırlar. O, Kadırovun üçüncü oğludur və noyabrda 18 yaşı tamam olacaq.

Çeçenistan liderinin 14 övladından yalnız Ayşat və Adam siyasi varislik prosesində iştirak edir.

Mənbələr qeyd edir ki, 2023-cü ildə Kadırovun vəziyyəti nəzərəçarpacaq dərəcədə pisləşəndə o, hakimiyyət sistemində islahatların aparılması zərurəti ilə üzləşib.

Məqalədə vurğulandığı kimi, o, üç sütuna söykənirdi: federal vəsaitlərin axını, şəxsən nəzarət edilən təhlükəsizlik qüvvələri və Putinin təhlükəsizlik zəmanətləri.

İndi Kadırov bu rıçaqları, o cümlədən güc və biznes resurslarını ailəsinin əlində saxlamağa, həmçinin övladlarının şəxsi toxunulmazlığına zəmanət verməyə çalışır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 316

Oxşar yazılar