Niyə  Kadırovun ölümü   Rusiya üçün  fəlakət   ola bilər? – CAVAB
28 sentyabr 2023 18:03 (UTC +04:00)

Niyə Kadırovun ölümü Rusiya üçün fəlakət ola bilər? – CAVAB

Şərqşünas alim, Vətəndaş azadlıqları mərkəzinin ekspertlər şurasının üzvü Vyaçeslav Lixaçovun fikrincə, Ramzan Kadırovun ölümü təkcə Çeçenistanda deyil, Rusiya Federasiyasının tərkibində olan bütün Şimali Qafqazda sabitliyi poza bilər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Lixaçev iddia edir ki, Kadırovun ölümü hazırda Ukraynaya qarşı müharibə aparan və beynəlxalq sanksiyalar altında olan Rusiya üçün fəlakətə çevrilə bilər. Kremlin Çeçenistana Kadırovun əli ilə nəzarət etməsi bütün Şimali Qafqaz regionunun mərkəzi Rusiya hökumətinə sədaqətinin təminatıdır.

Bu ərazilərdə respublika sakinləri yüksək işsizlikdən, etnik və klan ziddiyyətlərindən, cinayət və korrupsiyadan, dissidentlərin təqibindən və ədalətsizlikdən əziyyət çəkirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3819
avatar

Oxşar yazılar