Parlamentdə  tualet kağızı oğurluğu   ilə bağlı MÜBAHİSƏ
22 mart 2024 19:34 (UTC +04:00)

Parlamentdə tualet kağızı oğurluğu ilə bağlı MÜBAHİSƏ

Serbiya parlamentinin martın 20-də keçirilən iclasında deputatlar yeni təyin olunmuş spiker Ana Brnabiçə tualet kağızı ilə hücum ediblər. 

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, prezident Aleksandr Vuçiç isə hesab edir ki, müxalifətin bu cür davranışı onların hakimiyyətə gəlmək şansını istisna edir.

"Onlar iclas otağından tualet kağızı oğurlayıb, Ana Brnabiçi və həmin masada oturanları hədəfə alıblar. Əgər vətəndaşlara təklif etdikləri Serbiya budursa, onların heç vaxt hakimiyyətə gəlməyəcəyinə inanıram və Ananı təbrik edirəm, çünki çətin iş görməlidir”, – prezident jurnalistlərə bildirib.

Müxalif Azadlıq və Ədalət Partiyasının lideri Draqan Cilas oğurluqla bağlı ittihamlara cavab verib.

Siyasətçi iddia edir ki, onun partiya yoldaşı Aleksandar Yovanovic Tsuta oğurluq etməyib.

“Hüquq fakültəsinin ən yaxşı tələbəsi həqiqəti demədi, Cinayət Məcəlləsinin 203-cü maddəsinin 1-ci hissəsində deyilir ki, oğurluğa görə təkcə başqasının daşınar əmlakını ələ keçirmək kifayət deyil, həm də qanunsuz mənfəət əldə etmək niyyəti olmalıdır. Burada belə olmayıb, həmkarım Yovanoviç tualet kağızı götürdü, sonra isə ondan təyinatı üzrə istifadə etdi”, - Cilas söyləyib.
 

# 3237
avatar

Oxşar yazılar