Ermənistan Baş naziri Nikol Paşinyan maraqlı paylaşım edib.
Lent.az xəbər verir ki, o, facebook hesabındakı paylaşımında xristian dininin müqəddəs kitabı İncilin “Matta 5:9” ayəsindən sitat gətirib:
“Sülh yaradanlar nə bəxtiyardırlar! Çünki onlar Allahın övladları adlanacaqlar”.
Qeyd edək ki, bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla görüşü keçiriləcək. Bu tarixi görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanacağı gözlənilir.