"Zəngəzur Dəhlizi"nin işə düşməsi ilə bağlı ABŞ-la Ermənistan arasında saziş imzalanır
08 avqust 2025 11:14 (UTC +04:00)

"Zəngəzur Dəhlizi"nin işə düşməsi ilə bağlı ABŞ-la Ermənistan arasında saziş imzalanır

Bu gün Vaşinqtonda "Zəngəzur Dəhlizi"nin işə düşməsi ilə bağlı ABŞ-la Ermənistan arasında saziş imzalanacağı gözlənilir.

Lent.az-ın "Vesti.az"a istinadən məlumatına görə, bu sazişlə ABŞ  Prezidenti Donald Tramp "Zəngəzur Dəhlizi"nin qarantı rolunu oynayacaq.

Qeyd edək ki, bu gün  ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə "Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Saziş"in mətninin paraflanması mərasimi keçiriləcək. 

Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan Birgə Bəyannamə ilə çıxış edəcəklər.

Birgə Bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolu ilə maneəsiz keçidin təmin olunması təsdiqlənəcək.

Bu isə Ermənistan tərəfindən "Zəngəzur dəhlizi"nin qəbul edilməsi deməkdir.

Qeyd edək ki,  Vətən Müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidinin təmin edilməli olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546

Oxşar yazılar