Özcan Denizin ailəsində böhran:  “Barışın, yoxsa villaları yandıraram!”
07 avqust 2025 19:46 (UTC +04:00)

Özcan Denizin ailəsində böhran: “Barışın, yoxsa villaları yandıraram!”

Müğənni və aktyor Özcan Deniz, 22 illik iş ortaqlığı qurduğu qardaşı Ercan Denizlə yollarını ayırdıqdan sonra həm ailə içində, həm də hüquqi sahədə çətinliklərlə qarşılaşıb. Özcan Deniz və bacısı Melek Kasap Ercan Deniz haqqında İstanbul Respublika Baş Prokurorluğuna şikayət edərək, onları ölümlə hədələdiyini əks etdirən səs yazılarını təqdim etdiklərini bildiriblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Özcan Denizin daha əvvəl Ercan Denizin bank borcuna zamin durması onun bütün mülkünə və bank hesablarına həbs qoyulmasına səbəb olub.

Bildirilir ki, borc miqdarı 40 milyon lirədən 85 milyon lirəyə yüksəlib. Borcu geri almaq istəyən banklar birbaşa zamin olan Özcan Denizə yönəliblər.

Anasından sərt mesaj: “Villaları yandıraram!”

Uzun müddət davam edən səssizliyi anaları Kadriye Deniz pozub. O, bir televiziya proqramına telefonla bağlanaraq oğullarına barışmaq barədə çağırış edib.

"Biz xoşbəxt ailə idik. Uğursuz Samar Özcana ağıl verir. Səni Allaha tapşırıram. Rəbbimə yalvarıram ki, iki oğlum bir araya gəlsin. Ercan, Özcan üçün çox darıxır, onun haqqında danışanda ağlayır. Ercan, nəzarətini itirmə. İki oğlumun da barışmasını istəyirəm. Gərək olsa, prezidentə qədər gedəcəyəm. Barışın, yoxsa o villaları yandıraram. 3 villanın qurbanı olmayın. Artıq dözə bilmirəm, yetər!”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 316

Oxşar yazılar