Əlini pəncərədən çıxaran sürücülərə XƏBƏRDARLIQ
08 avqust 2025 12:34 (UTC +04:00)

Əlini pəncərədən çıxaran sürücülərə XƏBƏRDARLIQ

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sürücülərinə müraciət edib.

Lent.az-a daxil olan müracətdə bildirilir ki, bildiyiniz kimi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücünün sükan arxasında idarəetməni itirməsidir. Təəssüflə qeyd  edək ki, bəzi sürücülər avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarırlar ki, bu da öz növbəsində idarəetməni çətinləşdirir və eyni zamanda qəza riskini artırır. 

Mövcud qanunvericiliyin tələblərinə əsasən sürücü hərəkət zamanı sükanı əlindən buraxmamalıdır.

Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edərək baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə onlardan diqqətli olmağı, yol hərəkəti qaydalarına birmənalı olaraq riayət etmələrini xahiş edir.

Qeyd edək ki, mövcud qanunvericiliyin tələblərinə əsasən sürücü hərəkət zamanı iki əlini sükandan buraxmamalıdır, belə hal aşkarlandığı təqdirdə sürücü barəsində AR İXM-nin 342.1.4-cü (hərəkət zamanı sükanı əldən buraxmağa görə) maddəsinə uyğun olaraq qırx manat məbləğində cərimə tətbiq edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2744

Oxşar yazılar

Daşkəsəndə DƏHŞƏT:  qardaş bacısını baltaladı

Daşkəsəndə DƏHŞƏT: qardaş bacısını baltaladı

8 avqust 2025 , 15:05
Lotereya oğrusu TUTULDU

Lotereya oğrusu TUTULDU

8 avqust 2025 , 13:08
Bakıda kişi spirtdən komaya düşüb ÖLDÜ

Bakıda kişi spirtdən komaya düşüb ÖLDÜ

8 avqust 2025 , 12:10
Baş prokurordan YENİ TƏYİNAT

Baş prokurordan YENİ TƏYİNAT

8 avqust 2025 , 11:48
Siyəzəndə kütləvi zəhərlənmə

Siyəzəndə kütləvi zəhərlənmə

8 avqust 2025 , 11:00
Bakı metrosunda qadının doğduğu  köprənin SON DURUMU -YENİLƏNİB

Bakı metrosunda qadının doğduğu köprənin SON DURUMU -YENİLƏNİB

8 avqust 2025 , 09:58
Bakıda FACİƏ:  avtobus piyadanı vurub öldürdü

Bakıda FACİƏ: avtobus piyadanı vurub öldürdü

8 avqust 2025 , 09:56
Bakıda DƏHŞƏT:  27 yaşlı oğlan 15-ci mərtəbədən yıxılıb öldü

Bakıda DƏHŞƏT: 27 yaşlı oğlan 15-ci mərtəbədən yıxılıb öldü

8 avqust 2025 , 09:33