Putin 2024-cü il  seçkilərində  iştirak edəcək?   - CAVAB
08 iyun 2023 14:41 (UTC +04:00)

Putin 2024-cü il  seçkilərində iştirak edəcək? - CAVAB

Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyini vaxtında açıqlayacaq. 

Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Rusiyada növbəti prezident seçkiləri 2024-cü ilin martında keçiriləcək. Federasiya Şurası səsvermə gününə 100 gündən gec olmayaraq və ən geci 90 gün qalmış seçkilərin təyin edilməsi barədə qərar qəbul etməlidir.

Putinin özünün xəbər verdiyi kimi, 2024-cü ildə keçiriləcək prezident seçkiləri ciddi qanunlara uyğun, həmçinin bütün demokratik və konstitusiya prosedurlarına riayət olunmaqla keçiriləcək.


 

# 3345
avatar

Oxşar yazılar