Əziz Ələkbərli
19 yanvar 2023 18:03 (UTC +04:00)

Əziz Ələkbərli

“Qərbi azərbaycanlıların sıxışdırılması 200 il davam edib” - İcma sədri ilə MÜSAHİBƏ

Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin Lent.az-a verdiyi müsahibəni təqdim edirik:

- Qərbi Azərbaycan sizin üçün nə ifadə edir? Yaşadığınız kənd yaddaşınızda necə qalıb?

- Qərbi Azərbaycan mənim üçün hər şeydir. Çünki mən orada böyüyüb, boya-başa çatmışam. Mənim mənsub olduğum kənd Vedibasar mahalında yerləşirdi. Vedibasar Türkiyə ilə sərhəd, Araz çayı ilə uzanan bir mahaldır. Demək olar ki, bütün gəncliyim Qərbi Azərbaycanda keçib. Ona görə də Qərbi Azərbaycan, ermənilərin oradakı insanları sıxışdırması, yaşadığım kəndlə bağlı hər şey xatirəmdədir. Bizim kəndimiz 1988-ci ilə qədər orada yaşayıb. Mənim ailəm sonuncu deportasiyada çıxarılıb.

1988-ci ilin payızında Qərbi Azərbaycanın Vedibasar mahalında Qaralar kəndində yaşayan soydaşlarımız ermənilər tərəfindən qovuldu. Elə o vaxtdan Azərbaycanda məskunlaşmaq məcburiyyətində qaldıq. 

- Qarışıqlıq düşməmişdən öncə ermənilərlə münasibətiniz necə idi?

- 1988-ci il hadisəsindən əvvəl də ermənilər tərəfindən Qərbi Azərbaycanda soydaşlarımızın sıxışdırılması həyata keçirilib. 1988-ci ilin fevral ayında Xankəndində mitinqlər başladıqdan dərhal sonra Qərbi Azərbaycanda da müəyyən proseslər başladı. Orda ermənilər tərəfindən ilk hücuma məruz qalan kənd Vedi rayonunun Şirazlı kəndi oldu. Mayın 11-də ermənilər kəndə hücum etdilər. Hücum zamanı onlarla ev yandırıldı, iki nəfər öldürüldü. Soydaşlarımız Türkiyə sərhədində iki ay çadırda yaşadılar. Bunun səbəbi təbii ki, həm Azərbaycan, həm də SSRİ rəhbərliyinin diqqətini bu hadisələrə cəlb etmək idi. Təəssüf ki, nə o vaxtki Azərbaycan rəhbərliyi, nə də Moskva rəhbərliyi bu məsələlərə reaksiya verdi.

Qərbi Azərbaycanda azərbaycanlıların sıxışdırılması son 200 ildə davam edib. Yəni bu proses Çar Rusiyasının işğal dövründən başlayıb, 1990-cı illərə qədər davam edib. Mənim doğulduğum kənd 1918-1920-ci illərdə erməni soyqırımına məruz qalıb. Cənubi Azərbaycanın Xoy mahalı ərazisində soydaşlarımız 3-4 il müddətində qaçqınlıq həyatı yaşayıblar. Bölgədə sovet hakimiyyəti qurulandan sonra 1920-1923-cü illərdə əhali geriyə qayıtmaq fürsəti qazandı. Onlar yenidən öz kəndlərini bərpa etdilər. 1948-1953-cü illərdə yenidən Vedi rayonunun böyük bir hissəsi deportasiyaya məruz qalıb. 

- Əgər, elə bir imkan yaransa, yenidən Qərbi Azərbaycana qayıdıb yaşayarsınız?

- Sonuncu deportasiyadan 34 il keçsə də, bu gün insanlarımız həmin ərazilərə qayıtmaq fikrindən bir dəfə də olsun daşınmayıblar. Çünki həmin torpaqlarda bizim tariximiz, kökümüz var. Biz həmişə ümidli olmuşuq ki, torpaqlarımıza qayıdacağıq. Bu gün də cəsarətlə deyə bilərəm ki, insanlarımız kütləvi şəkildə öz dədə-baba torpaqlarına getmək, həmin ərazilərdəki öz əcdadlarını ziyarət etmək üçün fürsət gözləyirlər. Bizim millətimiz tarixi torpaqlarına bağlı olan millətdir. Bu, həmçinin Qərbi Azərbaycanın bütün bölgələrinə aiddir. Prezident İlham Əliyevin Qərbi Azərbaycan ilə bağlı söylədiyi fikirlərdən sonra onlar arasında canlanma yaratdı. İnsanların öz dədə-baba yurdlarına qayıtmaq üçün ümidləri daha da çoxaldı. Elə bir gün olmaz ki, onlarla insan Qərbi Azərbaycan İcmasına gəlməsin. Bu, bir daha sübut edir ki, bizim insanlarımız öz dədə-baba yurdlarına qayıtmağa daim hazırdır. 

- Beynəlxalq təşkilatların Qərbi Azərbaycan məsələsinə münasibəti necə dəyərləndirmək olar?

- Beynəlxalq təşkilatların Azərbaycan həqiqətlərinə münasibətini son 30 ildə gördük. Torpaqlarımız 30 il işğal altında və darmadağın edilmiş olsa da, kəndlərimiz və yaşayış məntəqələrimiz yer üzündən silinsə də, bu qədər ildə beynəlxalq təşkilatlar buna laqeyd qaldılar. Beynəlxalq təşkilatlar vəziyyəti çox yaxşı bilirdi. Sadəcə olaraq ikili standartlar həmişə mövcud olub. Eyni zamanda bəzi böyük dövlətlərin bölgədəki siyasi və iqtisadi maraqları Azərbaycan həqiqətlərini görməyə və eşitməyə həmişə gözləri kor və qulaqları kar olub. Nəticədə biz ancaq öz gücümüzə arxalanaraq torpaqlarımızı işğaldan azad etdik. Bundan sonra belə beynəlxalq təşkilatlar yenə də Azərbaycan həqiqətlərini görmək istəmədilər. Dövlət başçısı erməni vəhşiliklərini göstərmək üçün dəfələrlə bu ərazilərdə, dağıdılmış məscidlərdən dünya ictimaiyyətinə səslənib, çağırış edib. Qərbi Azərbaycan həqiqətlərini isə biz dünya ictimaiyyətinə bu müddətdə bir o qədər də çatdıra bilməmişik. Çünki Qarabağ problemi vardı. 

- Haqsızlığa uğrayaraq öz doğma yurd-yuvalarından didərgin düşən hər bir qərbi azərbaycanlı dədə-babalarının hansı torpaqda doğulduğu, necə bir tarixi-mədəni irsə sahib olduğunu bilir. Bəs, bu məlumatları biz dünyaya necə ötürməliyik?

- Qərbi Azərbaycan İcması olaraq qarşımızda hazırda iki məqsəd var: Son 200 ildə ermənilərin bu törətdiyi vəhşilikləri, cinayətləri faktlarla sənədlərlə sübut kimi masaya qoymaq və bu faktları beynəlxalq ictimaiyyətə çatdırmaq. 

Biz bu həqiqətləri mütləq beynəlxalq auditoriyaya çatdıracağıq. Dünya bilməlidir ki, erməni kimdir və məsələ təkcə Qarabağ məsələsi deyil. Qarabağ məsələsi ermənilərin son 200 ildə Cənubi Qafqazda törətdiyi cinayətlərin yalnız bir həlqəsidir. Hələ Qarabağ hadisələrindən qabaq ermənilər Qərbi Azərbaycanda soydaşlarımıza qarşı zaman-zaman saysız-hesabsız cinayətlər və soyqırımları törədib. Onların məsələsi təkcə Qarabağ deyil. Onların məsələsi bütövlükdə region xalqlarına qarşı düşmənçilik məsələsidir. Bütün dünya ermənilərin əsl simasını görməli və bizim hansı etnik toplumla qonşu şəkildə yaşadığımızı bilməlidir. Hesab edirəm ki, Qərbi Azərbaycan İcmasının buna gücü çatacaq. Biz son 200 ildə Qərbi Azərbaycan həqiqətlərini Azərbaycan həqiqətlərinin tərkib hissəsi kimi dünyaya çatdıracağıq. 

- Azərbaycan torpaqlarına-Qərbi Azərbaycana qayıdış məsələsi sülh danışıqlarında qaldırıla bilərmi?

- Qərbi Azərbaycan məsələsinin sülh və danışıq yolu ilə həll olunacağına tamamilə əminəm. Prezident İlham Əliyev də bildirdi ki, Qərbi Azərbaycana qayıdış konsepsiyası hazırlanacaq. Bu konsepsiya sülhpərvər konsepsiyadır və biz sülh yolu ilə öz tarixi torpaqlarımıza qayıdacağıq. 

Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, 1988-1991-ci illərdə sonuncu deportasiya zamanı Qərbi Azərbaycanda tərk etdiyimiz yaşayış məntəqələrinin əksəriyyəti bu gün boşdur. Yəni həmin ərazilərin boş və xarabalıq qalmasındansa, Azərbaycan əhalisi tərəfindən məskunlaşması daha məqsədəuyğundur. Əgər, Qarabağda 1990-cı ilə qədər yaşamış ermənilərin Azərbaycan qanunları çərçivəsində qalıb yaşaması şansı onlara verilirsə, bu birgə yaşayış eyni zamanda Ermənistan ərazisində də olmalıdır. Bu zaman birgə yaşayış daha davamlı və etibarlı olacaq. 

# 3243
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

İrandakı səfirliyimizə edilən silahlı hücumla bağlı RƏSMİ AÇIQLAMA

İrandakı səfirliyimizə edilən silahlı hücumla bağlı RƏSMİ AÇIQLAMA

27 yanvar 2023 , 10:45
 Baş nazirin oğluna   vəzifə səlahiyyətlərindən sui-istifadə İTTİHAMI 

Baş nazirin oğluna vəzifə səlahiyyətlərindən sui-istifadə İTTİHAMI 

26 yanvar 2023 , 19:59
Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası təsdiqləndi

Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası təsdiqləndi

26 yanvar 2023 , 15:39
Azərbaycana məxsus 760-dan çox toponim dəyişdirilib - Qərbi Azərbaycanda

Azərbaycana məxsus 760-dan çox toponim dəyişdirilib - Qərbi Azərbaycanda

26 yanvar 2023 , 15:10
"Rayonlarda ən münbit torpaqlar  rəhbərliyin əlindədir"   - Cavanşir Paşazadə

"Rayonlarda ən münbit torpaqlar rəhbərliyin əlindədir" - Cavanşir Paşazadə

26 yanvar 2023 , 13:47
“Putin mənim üçün  heç kimdir”  - Zelenski

“Putin mənim üçün heç kimdir” - Zelenski

26 yanvar 2023 , 13:26
Ərdəbildə AZƏRBAYCAN ŞÜARI:  "Bir kərə yüksələn bayraq, bir daha enməz" - FOTO

Ərdəbildə AZƏRBAYCAN ŞÜARI: "Bir kərə yüksələn bayraq, bir daha enməz" - FOTO

25 yanvar 2023 , 22:38
Naxçıvanda YENİ TƏYİNAT

Naxçıvanda YENİ TƏYİNAT

25 yanvar 2023 , 17:53