Rusiya Qızıl Xaç Cəmiyyəti Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinlərinə ərzaq və qeyri-ərzaq yığılan 1 yük avtomobili göndərib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətindən Lent.az-a verilən xəbərə görə, həmin avtomobil 14:30-da Samur buraxılış məntəqəsindən ölkəmizə keçib.
Hazırda həmin yük Samur-Bakı, Bakı-Bərdə, Ağdam-Əsgəran istiqamətində hərəkət edir.
Yük son təyinat məntəqəsinə (Xankəndi şəhərinə) çatdırıldıqdan sonra əlavə məlumat veriləcək.
ük son təyinat məntəqəsinə çatdırıldıqdan sonra əlavə məlumat veriləcək.