<b>Həmsədrlər prezidentləri yenidən görüşdürmək istəyir  </b>
23 iyun 2016 22:10 (UTC +04:00)

Həmsədrlər prezidentləri yenidən görüşdürmək istəyir

0

“Vyana və Sankt-Peterburq görüşlərində əldə olunmuş müsbət məqamları inkişaf etdirmək üçün prezidentlər arasında növbəti görüşün təşkil olunması imkanlarını araşdırırıq”.

 

Bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

 

Onun sözlərinə görə, bununla bağlı hələlik konkret plan olmasa da, həmsədrlər tərəflərlə birlikdə yaxın gələcəkdə bunu həyata keçirəcəklər: "Hərtərəfli sülh sazişin elementləri,  təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində stabilliyi genişləndirəcək tədbirlər istiqamətində irəliləyişin əldə olunmasını davam etdirmək tərəflər üçün çox vacibdir". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar