<b>Məmmədyarov-Nalbandyan görüşü başa çatdı</b> - YENİLƏNİB
11 iyul 2017 23:49 (UTC +04:00)

Məmmədyarov-Nalbandyan görüşü başa çatdı - YENİLƏNİB

0

Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş başa çatıb. APA-nın Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə  “Twitter” səhifəsində Ermənistan XİN mətbuat katibi Tiqran Balayan bildirib.

 

“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb. Təfərrüatlar barədə az sonra” – deyə Balayan qeyd edib.

 

Görüşün ATƏT Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü və iştirakı ilə keçirildiyi bildirilmişdi.  

 

***** 22.26

 

Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş başlayıb. APA-nın Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə  “Twitter” səhifəsində Ermənistan XİN mətbuat katibi Tiqran Balayan bildirib.

 

Görüşün ATƏT Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü və iştirakı ilə keçirildiyi qeyd olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar