Prezident İlham Əliyev Süleyman Abbas oğlu İsmayılovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, S. İsmayılov Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, S.İsmayılov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiridir.