<b>Azərbaycan ABŞ-da baş verən terroru qınayıb</b>
13 iyun 2016 13:10 (UTC +04:00)

Azərbaycan ABŞ-da baş verən terroru qınayıb

0

 

Azərbaycan xarici İşlər Nazirliyi iyunun 12-də Amerika Birləşmiş Ştatlarının Orlando şəhərində çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli silahlı hücumu qınayır.

 

Lent.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

 

 

"Həlak olanların ailələrinə və Amerika Birləşmiş Ştatlarının xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik” – deyə, H.Hacıyev əlavə edib.

 

Qeyd edək ki, dünən ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb. Gecə klubunda insanlara atəş açan şəxs polisin açdığı atəş nəticəsində öldürülüb. Bu gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub. 

  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 416

Oxşar yazılar