Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Cem Özdemiri məhkəməyə verir
19 iyun 2016 11:38 (UTC +04:00)

Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Cem Özdemiri məhkəməyə verir

0

Dünya Azərbaycanlıları Assambleyası Təşəbbüs Qrupunun rəhbəri, Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru  Rəşad Quliyev  Alman Parlamentində (Bundestag) qəbul edilən qondarma “erməni  soyqrımı” qətnaməsinin təşəbbüskarı olan Yaşıllar Partiyasının həmsədri Cem Özdemiri məhkəməyə verəcək.

 

Dünya Azərbaycanlıları Assambleyasından Lent.az-a verilən məlumata görə, R. Quliyev   Almaniyada fəaliyyət göstərən bir sıra  hüquq mərkəzləri  ilə məsləhətləşmə apardıqdan sonra C. Özdemiri məhkəməyə verməyə qərar verib.

 

R. Quliyev bildirib ki, C. Özdemir Alman cəmiyyətinə yalan məlumat verdiyi, digər dövlətin daxili işlərinə qarışaraq milli zəmində münaqişə yaratmaq istədiyi, tarixi təhrif edib erməni yalanını “soyqrım” olaraq qəbul etdirdiyi, terroru müdafiə etdiyi üçün  qanun qarşısında cavab verməlidir. C. Özdəmirdən üzr istəməsi, 5 avro təzminat ödəməsi tələb olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 510

Oxşar yazılar