Azay Quliyev növbəti dəfə seçicilərlə ilə görüşüb
13 oktyabr 2015 10:31 (UTC +04:00)

Azay Quliyev növbəti dəfə seçicilərlə ilə görüşüb

 8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizəd Azay Quliyev seçiciləri ilə görüşüb.

Seçki Qərargahının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, A. Quliyev əvvəlcə 6-ci mkr. M.Kazımovski küçəsinin sakinləri və daha sonra 9-cu mkr. A.Məmmədov küçəsinin sakinləri ilə görüşüb.

Görüşdə seçicilər tərəfindən qaldırılan məsələlərə münasibət bildirən A.Quliyev seçicilərin dəstəyini qazanaraq bu dairədən deputat seçiləcəyi təqdirdə, müvafiq dövlət qurumlarının yardımı ilə onları narahat edən məsələlərin həllinə çalışacağını söyləyib.

Qeyd edək ki, Azay Quliyevin növbəti görüşü oktyabrın 13-də saat 18.00-da rayon ağsaqqalları ilə 8-ci mkr. N.Nərimanov 81a ünvanındakı Kütləvi tədbirlər evində baş tutacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 332

Oxşar yazılar