Azay Quliyev Vyanaya gedir
19 fevral 2018 21:06 (UTC +04:00)

Azay Quliyev Vyanaya gedir

0

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev fevralın 19-da Avstriyanın paytaxtı Vyana şəhərinə səfərə gedəcək.

 

Lent.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin mətbuat xidiməti məlumat yayıb.

 

Deputatımız səfər çərçivəsində bir sıra görüşlər keçirəcək, ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında iştirak edəcək və sessiyanın gündəliyində olan aidiyyatı məsələlər haqqında çıxış edəcək.

 

Azay Quliyev fevral ayının 22-də ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 2-ci iclasına qatılacaq. İclasda qurumun əsasnaməsinə əlavə və dəyişikliyin edilməsi, Yunanıstan və Moldovanın üzvlüyə qəbulu, İpək Yolunun bərpası təşəbbüsünü dəstəkləyən qətnamə layihəsi, bu ilin martın 13-14-də Azərbaycan Respublikasının Milli Məclisi ilə birlikdə Bakıda təşkil olunacaq “ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Beynəlxalq Bakı Konfransı”na dair məsələlər müzakirə olunacaq.

 

Səfər fevralın 24-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 369

Oxşar yazılar