Azərbaycan vətəndaşlarını Misirdən çıxarır
03 iyul 2013 14:17 (UTC +04:00)

Azərbaycan vətəndaşlarını Misirdən çıxarır

0

“Misirdə yaranmış vəziyyətlə əlaqədar Azərbaycan diplomatlarının ailələri Bakıya göndərilib. Diaspor üzvlərinə də deyilib ki, ölkəni tərk etsinlər. Artıq bəzi diaspor üzvləri gedib, bəziləri də getməyə hazırlaşır”.

 

Bunu APA-ya Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev deyib.

 

Səfirin sözlərinə görə, Azərbaycanın Qahirədəki səfirliyi hələlik adi rejimdə fəaliyyət göstərir: “Burada iki diplomatımızın ailəsi vardı, onlar Azərbaycana göndərilib. Səfirlik isə hələlik fəaliyyətini adi rejimdə davam etdirir. İş rejiminizdə hansısa dəyişiklik yoxdur, hadisələrin gedişindən asılı olaraq, hansısa qərar verilə bilər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 875

Oxşar yazılar