Türkiyənin Baş naziri Binəli Yıldırımın Azərbaycana rəsmi səfəri bu gün başa çatıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş nazir Binəli Yıldırımı və xanımı Semiha Yıldırımı hava limanında Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola salıblar.