Jurnalist Eynulla Fətullayev yeni sayt və qəzet açmağa hazırlaşır. E.Fətullayev deyib ki, artıq kollektiv formalaşdırmağa da başlayıb: “Azərbaycan dilində də layihə üzərində işləyirik. Yaxın zamanlarda bu sayt fəaliyyətə başlayacaq”.
E. Fətullayev yeni saytının adını deməsə də, qəzetin də nəşrə başlamasının gözlənildiyini bildirib: “Jurnalistlərdən ibarət komanda yığırıq. Bu layihədə tanınmış imzalar da olacaq”.
modern.az