Prezident Rusiyanın ədliyyə nazirini qəbul edib
09 iyun 2016 16:27 (UTC +04:00)

Prezident Rusiyanın ədliyyə nazirini qəbul edib

0

Prezident İlham Əliyev iyunun 9-da Rusiya Federasiyasının ədliyyə naziri Aleksandr Konovalovu qəbul edib.

 

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumatına görə, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, ölkələrimizin müxtəlif strukturları, o cümlədən hüquq mühafizə və ədliyyə orqanları arasında əməkdaşlığın bu münasibətlərin möhkəmləndirilməsi işinə öz töhfəsini verdiyi qeyd olunub. Söhbət zamanı ölkələrimizin ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin, o cümlədən insanlara hüquqi yardımın göstərilməsi sahəsində sıx əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyətindən danışıldı, Rusiya Federasiyasının ədliyyə naziri Aleksandr Konovalovun Azərbaycana səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub.

 

Görüşdə əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar