Qənirə Paşayeva seçiciləri ilə görüşüb
13 oktyabr 2015 11:29 (UTC +04:00)

Qənirə Paşayeva seçiciləri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Tovuzun Ermənistanla ön cəbhədə yerləşən Ağdam kəndində seçicilərlə görüşüb.

Lent.az-ın məlumatına görə, Q. Paşayeva  dövlətimizin daim ön cəbhə kəndlərini xüsusi diqqətdə saxladığını və qayğı göstərdiyini deyərək, Ermənistanla ön cəbhə kəndlərinə bəzi güzəştlər edilməsini, 2016-cı il büdcəsində onların nəzərə alınmasını xahiş edtdiyini bildirib.

Millət vəkili ön cəbhədə yerləşən kəndlərdən ali məktəblərə daxil olan gənclərin ödənişli təhsildən azad olunması, ön cəbhə kəndlərinə sərmayə qoyuluşunun artırılması və sosial yardımların təyin edilməsində müəyyən dəstəyin göstərilməsi ilə bağlı təkliflər irəli sürdüyünü, orta məktəb müəllimlərinin diaqnostik qiymətləndilirməsinin həyata keçiriləcəyi və bunun onların əmək haqlarının artımı istiqamətdə təkliflər irəli sürüb.

Ağdam sakinlərinin köhnə elektrik naqilləri və transformatorların dəyişilməsilə bağlı “Azərişıq” ASC-ə, kəndə təbii qazın verilməsində problemlərin yaranmaması üçün "Azəriqaz" İB-nin rəhbərinə müracitə etdiyini qeyd edib.

Görüş zamanı su təhcizatı, məktəb və bağça ilə bağlı müəyyən problemlər ətrafında da müzakirələr aparılıb və millət vəkili onların həlli istiqamətində müvafiq qurumlara təkrar müraciətlər edib.

Q.Paşayeva sakinlərin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşən millət vəkili  onların qayğıları ilə bağlı  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 316

Oxşar yazılar