Milli Məclisin son iclasının vaxtı dəyişdirildi
13 oktyabr 2015 15:15 (UTC +04:00)

Milli Məclisin son iclasının vaxtı dəyişdirildi

Azərbaycan Milli Məclisinin (MM) IV çağırışda son plenar iclasının tarixi dəyişdirilib.

 

MM-dən APA-ya verilən məlumata görə, iclas oktyabrın 23-dən 20-nə keçirilib. Bildirilib ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlığa namizəd olan millət vəkillərinə seçki gününə hazırlığa daha çox vaxt vermək üçün iclasın vaxtı 3 gün əvvələ çəkilib.

 

İclasın gündəliyində hazırda 25 məsələ nəzərdə tutulsa da, əlavə bir neçə layihənin də gündəliyə salınması gözlənilir.

 

Qeyd edək ki, noyabrın 1-i Milli Məclisə V çağırış üzrə seçkilər keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 361

Oxşar yazılar