Prezident İlham Əliyev fevralın 10-da Müqəddəs Taxt-Tacın nümayəndələri ilə görüşüb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Gallagherin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.