BMT-nin Dünya Turizm Təşkilatı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın qurulması və möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Talib Rifai “Dostluq” ordeni ilə təltif edilib.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.