İlham Əliyev İsrail prezidenti ilə görüşdü
14 oktyabr 2026 19:16 (UTC +04:00)

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

1

Oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin İsrailin prezidenti İsxak Hersoq ilə görüşü olub.

Lent.az xəbər verir ki, görüş zamanı İsrail prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik edib. Prezident İsxak Hersoq Azərbaycanın 2026–2028-ci illərdə də bu quruma sədrliyini davam etdirməsini ölkəmizə göstərilən yüksək etimadın təzahürü kimi qiymətləndirib və bundan məmnunluğunu ifadə edib.

İsrail prezidenti Azərbaycanın sədrliyi dövründə AQEM çərçivəsində praktiki əməkdaşlığın genişləndirilməsi və etimad quruculuğu tədbirlərinin gücləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Dövlətimizin başçısı Azərbaycanın sədrliyinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev Azərbaycanın sədr ölkə kimi AQEM-ə üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və praktiki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini davam etdirdiyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərə, həmçinin beynəlxalq və regional gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 262

Oxşar yazılar