Prezident deputat Ağalar Vəliyevi təltif etdi
20 iyul 2017 15:41 (UTC +04:00)

Prezident deputat Ağalar Vəliyevi təltif etdi

0

 

Prezident İlham Əliyev Ağalar Vəliyevi 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, tikinti sahəsində səmərəli fəaliyyətinə görə Ağalar İsrəfil oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

Qeyd edək ki, Ağalar Vəliyev millət vəkilidir. O, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavinidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 311

Oxşar yazılar